Əsas məzmuna keç
Gala Akademiya
Kurslar
Tədbir təşkilatı Peşə kursu Yerləşdirmə zəmanəti

Tədbir koordinasiyası

Tədbir günü hər şeyin yerində olması

Brifdən sökülməyə qədər tədbirin bütün mərhələləri. Təcrübə dövründə real tədbirlərdə işləyirsiniz — bu, kursun ən dəyərli hissəsidir.

Müddət 8 həftə · 64 saat
Format Hibrid
Səviyyə Başlanğıc
Təcrübə dövrü 8 həftə

Qiymət

1 200 AZN

Fərdi dərs: 2 400 AZN

Ödəniş şərtləri fərdi müəyyən olunur — giriş imtahanının nəticəsinə və vəziyyətinizə görə. Hissə-hissə ödəniş və işə düşəndən sonra ödəmə variantları mövcuddur.

Müraciət et

Nə bacaracaqsınız

  • Tədbir planı və qrafik hazırlamaq
  • Büdcə hesablamaq və nəzarət etmək
  • Podratçılarla işləmək
  • Sahə heyətini idarə etmək
  • Tədbir günü problemləri həll etmək
  • Tədbir sonrası hesabat hazırlamaq

Kimlər üçündür

  • Təşkilatçılıq bacarığı
  • Təzyiq altında sakit qalmaq
  • Çevik iş qrafiki — axşam və həftəsonu
  • Sürücülük vəsiqəsi üstünlükdür

Öyrədilən alətlər

Excel Notion Trello Canva Google Workspace

Hansı vəzifələrə yol açır

  • Tədbir koordinatoru
  • Layihə meneceri
  • Prodakşn köməkçisi
  • Sahə koordinatoru

Açıq qruplar

Hazırda açıq qrup yoxdur. Müraciət edin — növbəti qrup açılanda xəbər verək.

Müraciət et